Prezidentə orta barmağını göstərdi, işdən qovuldu - FOTO
ABŞ prezidenti Donald Trampın maşın karvanının yanından keçərkən ona orta barmağını göstərən qadın işdən qovulub.
1news.az BBC-yə istinadla xəbər verir ki, 50 yaşlı Culia Briskman bu hərəkəti velosipedi ilə Virginia ştatında gedərkən edib. Donald Trampın korteji onu adəti üzrə həftəsonu qolf kursuna aparırmış.
Qadın deyib ki, həmin an beynindən belə bir fikir keçirib: “Buna bax, yenə də qolf oynamağa gedir".
Briskmanı əsəbiləşdirən bir də bu olub ki, həmin vaxt Puerto Rikoda təbii fəlakət baş vermişdi, uşaqkən Birləşmiş Ştatlara gətirilmiş miqrantlar qovula bilərdilər:
"Mən bütün bunlar barədə fikriləşərkən qara maşınların karvanı məni ötdü. Bəli, o, yenə qolf kursuna yollanırdı”.
Maşın karvanı keçəndə qadının heç ağlına da gəlməmişdi ki, onun orta barmağı ilə verdiyi "salamı" AFP və Getty Images agentlikləri üçün işləyən fotomüxbir Brendan Smialowski çəkə bilər.
Orta barmağın kiməsə göstərilməsi Qərbdə təhqiramiz jest sayılır və bu şəkil dərhal media fırtınası yaratdı.
İndi Culia Briskman bu şəkli öz Facebook səhifəsinin divarına çevirib. O, bu şəkli həm də özünün Twitter sosial şəbəkəsindəki hesabında profil fotosu edib. Amma onun işlədiyi yoqa firmasının sahibi şəkillərin sosial mediadan çıxarılmasını tələb edib. Həm də Culiaya hədə dolu emaillər gəlirdi.
Çalışdığı hökumət şirkəti “Akima” dakı rəhbərlərinə fotodakı qadının özü olduğunu etiraf edib. Onu Hellouin bayramı günündə işindən qovublar və şirkətin binasından mühafizəçilərin müşayiəti ilə çıxarıblar. İşdən qovulmasını "qeyri-peşakar hərəkətlə" əlaqələndiriblər, halbuki hadisə həftəsonu baş vermişdi və onun əynində dövlət şirkətində çalışdığını göstərən heç bir geyim yoxdu.
"Mən həmin gün heç işləmirdim də… Amma onlar dedilər ki, mən şirkətin davranış məcəlləsini pozmuşam".
İki yeniyetmə övlad anası olan xanım Briskman peşman deyil: "Mən bunu bir də edərdim.
1news.az