Şok: Azərbaycanda 4 əlli, 4 ayaqlı uşaq doğuldu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şok: Azərbaycanda 4 əlli, 4 ayaqlı uşaq doğuldu - FOTO

11:55 - 07 / 11 / 2017
Şok: Azərbaycanda 4 əlli, 4 ayaqlı uşaq doğuldu - FOTO

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD) unikal əməliyyat həyata keçirilib.

1news.az  Medicina.az-a istinadla xəbər verir ki, xəstəxanaya gətirilən milyon nəfərdən birində rast gəlinən nadir patologiyalı uşaq görənləri qorxuya salsa da, mütəxəssislərin müdaxiləsi ilə körpə xilas edilib. 

Uşağa anatomik inkişaf etmiş dölə anormal inkişaf etmiş dölün (epiqastral heteroqapus – parazit-döl) bitişməsi diaqnozu qoyulub. Belə ki, uşağın qarın nahiyəsində əlavə inkişaf etmiş bədən olub. Parazit-döldə ayaqlar, əllər, cinsiyyət orqanı, sidik kisəsi, bağırsaqlar və bir böyrək inkişaf edib. Parazit uşağın daxilinə də keçərək onun bağırsaqlarına bitişib, hətta qaraciyərlərdə də bitişmə müəyyən olunub. 

Bundan əlavə, parazitin uraxusu uşağın göbəyinə bitişik olub. Yenidoğulmuş 7 günlük ikən əməliyyata alınıb, körpənin qarın boşluğu açılıb, parazit bütünlüklə ayrılıb, bitişmiş bağırsaq və qaraciyər təcrid olunub.

Əməliyyat sonrası dövr fəsadsız ötüşüb, uşaq evə buraxılıb. Ən maraqlısı odur ki, 4 ayaqlı, 4 əlli körpə dünyaya normal doğuşla gəlib. 

Elmi ədəbiyyatda bu patologiya blastopatiyanın nəticəsi kimi qeyd olunur ki, bu da döllənmənin ilk 14 günündə baş verir. Blastopatiyanın etimologiyası hələ tam məlum deyil. 

Azərbaycanda bu patologiyada uşaq son illərdə demək olar ki, doğulmayıb. 

1news.az  

 

 

 

Paylaş:
3735

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər