Qurban Qurbanovdan xeyirxah addım | 1news.az | Xəbərlər
Futbol

Qurban Qurbanovdan xeyirxah addım

12:24 - 07 / 11 / 2017
Qurban Qurbanovdan xeyirxah addım

“Qarabağ”ın və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov xeyirxah addım atıb.

1news.az “Sportlife” nəşrinə istinadən xəbər verir ki, Qurbanov ürək xəstəliyindən əziyyət çəkən keçmiş komanda yoldaşı, Tovuzun “Turan” klubunda birgə oynadığı Vəli Hüseynovun əməliyyat xərclərini ödəyib.

Əməliyyat üçün lazım olan 10 min manatı ödəməyi öz öhdəsinə götürən Qurban Qurbanov keçmiş komanda yoldaşının əlavə xərclərinə də köməklik edib.

Qeyd edək ki, Vəli Hüseynov “İnter” klubunun U-14 komandasında baş məşqçi kimi çalışırdı.

Babək Cahandarov

Paylaş:
1024

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər