Bu gün "Neftçi" ilə "Sabah" qarşılaçacaq
Misli Premyer Liqasında VII tura bu gün start veriləcək.
1news.az məlumatına görə, ilk oyun günündə iki matç keçiriləcək.
İlk olaraq "Kəpəz" "Araz-Naxçıvan"ın qonağı olacaq. Qarşılaşma Şamaxı şəhər stadionunda, saat 16:00-da başlayacaq. Gəncə klubu 7 xalla 7-ci, Naxçıvan təmsilçisi 2 xalla 12-ci pillədə qərarlaşıb.
Günün ikinci duelində, turun mərkəzi oyununda "Neftçi" son ölkə çempionu "Sabah"ı qəbul edəcək. Görüşün start fiti "Palms Sports Arena"da, saat 19:30-da səslənəcək. "Ağ-qaralar" 15 xalla liderdir. Eyni xala malik "Sabah" ikinci sırasada olsa da, ehtiyatda bir oyunu var.
Misli Premyer Liqası
I dövrə, VII tur
9 oktyabr
16:00. "Araz-Naxçıvan" – "Kəpəz"
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu
19:30. "Neftçi" – "Sabah"
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"Palms Sports Arena"
Xatırladaq ki, tura oktyabrın 11-də yekun vurulacaq.












