Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib | 1news.az | Xəbərlər
Siyasət

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib

1news Redaksiyası16:03 - Bu gün
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə bank sektorunun nümayəndələri üçün hədəf qrup müzakirəsi keçirilib. 

1news.az xəbər verir ki, görüş əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi ilə bağlı 2026-cı il üzrə Tədbirlər Planına uyğun olaraq təşkil edilib. 

Müzakirədə Komissiyanın və yardımçı işçi qrupun üzvləri, əlilliyi olan şəxslərin hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərin nümayəndələri, eləcə də Mərkəzi Bankın, Azərbaycan Banklar Assosiasiyasının və 20-yə yaxın bankın nümayəndələri iştirak ediblər. 

Çıxışlarda əlilliyi olan şəxslərin bank xidmətlərindən rahat və müstəqil istifadə imkanları, eləcə də onlar üçün müvafiq sahədə fiziki infrastrukturun və rəqəmsal tətbiqlərin müyəssərliyi məsələləri müzakirə olunub.

Görüş zamanı bank sektorunda əlilliyi olan şəxslər üçün yaradılmış imkanlar, onların bank xidmətlərindən rahat və müstəqil istifadə etməsi üçün mövcud şərait, eləcə də xidmətlərin müyəssərliyinin artırılması istiqamətində görülən işlər və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən monitorinqin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər