Bakı metrosunda 7 vaqonlu, kondisionerli qatarlar hərəkət edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı metrosunda 7 vaqonlu, kondisionerli qatarlar hərəkət edəcək

13:40 - 08 / 11 / 2017
Bakı metrosunda 7 vaqonlu, kondisionerli qatarlar hərəkət edəcək

“Yeni xətlərdə həm idarəetmədə, həm hərəkətin təşkilində, həm də təchizatda ən müasir sistemlərin tətbiqi nəzərdə tutulub”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov paytaxt metrosunun 50 illik yubileyinə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, Bakının inkişafı və əhali artımının templəri nəzərə alınaraq, gələcəkdə yeni xətlərdə 7 vaqonlu qatarların hərəkəti nəzərdə tutulub.

“Vaqonlar kondisioner, mikroiqlim nəzarət sistemləri, ən yüksək təhlükəsizlik və idarəetmə sistemləri ilə təchiz olunacaq”, - deyə sədr qeyd edib.

1news.az

Paylaş:
1031

Son xəbərlər

Bütün xəbərlər