Deputat qadın tualetinə videokamera quraşdırdı
Rusiyanın Krasnoufimski rayonundan dumanın deputatı olan şəxs tualetə kamera yerləşdirdiyi üçün mühakimə olunacaq.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin prokurorluğu məlumat yayıb.
Eyni zamanda “Enerjiservis” müəssisəsinin direktoru olan deputat 15 sentyabrdan rəhbərlik etdiyi müəssisənin tualetinə virdeokamera yerləşdirib. Bununla əlaqədar olaraq “şəxsi razılığı olmadan onun şəxsi həyatı haqqında sirr təşkil edən qanunsuz məlumatlar toplamaq” maddəsi ilə cinayət işinə başlanılıb.
Təqsirləndirilən şəxsin öz günahını etiraf etdiyini və əməlindən peşiman olduğu vurğulanıb. Cinayət işi, Krasnoufimski rayon Məhkəməsinə göndərilib. Bu maddə iki ilədək müddətinə azadlıqdan məhrumetməni nəzərdə tutur.
Yerli mətbuatın verdiyi məlumata görə, videokamera qadın tualetində unitazın yanında yerləşdirilib.
Qeyd edək ki, həmin deputat və müəssisənin rəhbərinin Andrey Merzlyakov olduğu bildirilir.
1news.az