İraqa uçuşlar da Terminal 2-dən həyata keçiriləcək
Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 2-nin şimal girişindən uçuşların başlanması ilə əlaqədar olaraq bu terminaldan daha bir neçə aviaşirkət də uçuşlara başlayacaq.
1news.az xəbər verir ki, noyabrın 16-dan etibarən "Azərbaycan Hava Yolları"nın Bakı-Bağdad reysləri, dekabrın 1-dən etibarən “Iraqi Airways” və “Al-Naser Airlines” aviaşirkətlərinin Bağdad-Bakı reysləri bu terminaldan həyata keçiriləcək.
Xatırladırıq ki, oktyabrın 29-dan etibarən Buta Airways loukosteri artıq bu terminaldan uçuşlar təşkil edir. Gələn reyslər Terminal 1-dən həyata keçirilir.
P.Sultanova
679