Pakistanlı 14 yaşlı yeniyetmə başını 180 dərəcə arxaya çevirə bilir | 1news.az | Xəbərlər
Dünya

Pakistanlı 14 yaşlı yeniyetmə başını 180 dərəcə arxaya çevirə bilir

16:43 - 09 / 11 / 2017
Pakistanlı 14 yaşlı yeniyetmə başını 180 dərəcə arxaya çevirə bilir

Pakistanın Kəraçi şəhərində yaşayan 14 yaşlı yeniyetmə Məhəmməd Samir əllərinin köməyi ilə başını 180 dərəcə arxaya çevirə bilir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu istedad onda anadangəlmə deyil, məşq nəticəsində əldə olunub. Onun altı yaşı olanda Hollivud filmində aktyorun başını arxaya çevirdiyini gördükdən sonra bu fikrə düşüb və müntəzəm məşqlər nəticəsində bir neçə aydan sonra məqsədinə çatıb.

Məlumatda deyilir ki, atası xəstələndikdən sonra oğlan məktəbi atıb və pul qazanmaq, ailəsinə kömək etmək üçün rəqs dərnəyinə yazılıb.

1news.az

Paylaş:
886

Son xəbərlər

Bütün xəbərlər