Telman İsmayılov beynəlxalq axtarışa verilib
Moskva şəhərinin Basman rayon məhkəməsi azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun həbsinə dair qərar çıxarıb.
1news.az-ın İnterfax-a istinadla verdiyi xəbərə görə, T.İsmayılovun vəkili Marina Rusakova bildirib ki, T. İsmayılov sahibkarlar Vladimir Savkin və Yuri Brilyovun qətlində təqsirləndirilir.
Məlumata görə, məhkəmə bu qərarı oktyabrın 30-da çıxarıb. Qiyabi qəbul edilən həbs qərarı ilə əlaqədar apellyasiya məhkəməsinə müraciət edilib. Apellyasiya şikayətinə noyabrın 15-də baxılacaq.
Bildirilir ki, T.İsmayılov həm də qanunsuz silah dövriyyəsində təqsirləndirilir. Azərbaycanlı iş adamı artıq beynəlxalq axtarışa verilib.
S.Xankişiyeva
1081