Yeni Zelandiyada fırıldaqçılarla mübarizə üçün kompüter proqramı yaradılıb | 1news.az | Xəbərlər
Dünya

Yeni Zelandiyada fırıldaqçılarla mübarizə üçün kompüter proqramı yaradılıb

19:54 - 11 / 11 / 2017
Yeni Zelandiyada fırıldaqçılarla mübarizə üçün kompüter proqramı yaradılıb

Yeni Zelandiyanın “Netsafe” təşkilatının mütəxəssisləri internet fırıldaqçıları ilə ünsiyyət üçün nəzərdə tutulan “Re:scam” adlı kompüter proqramı (bot) yaradıblar. Bot fırıldaqçılarla potensial qurbanın əvəzinə uzun yazışmalar edir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, süni intellekt elementli sistemin danışığa başlaması üçün cinayətkarın elektron ünvanını “Netsafe” saytında göstərilən poçt ünvanına göndərmək lazımdır.

Bundan sonra proqram davranış taktikalarından birini seçərək fırıldaqçıya suallı bildiriş göndərir. Sistemin proqramlaşdırılması danışığı müddətsiz davam etdirməyə imkan verir. Mütəxəssislərin fikrincə, bu, fırıldaqçıların diqqətini həqiqi qurbanlardan yayındıracaq.

Ünsiyyət prosesində “Re:scam” həmsöhbət haqqında informasiya toplayaraq danışıq aparmağı öyrənir. İndiyədək bot 16 min məktub yazaraq cinayətkarlara 26 günə yaxın vaxt sərf edib.

Qeyd edək ki, istifadəçilərin məlumat və hesablarını ələ keçirmək üçün kütləvi bildirişlərin göndərilməsindən istifadə edən fırıldaqçılıq əməllərindən insanlara hər il ciddi ziyan dəyir. Bununla yanaşı, əksər qurbanların kompüter biliklərinin zəif olmasından sui-istifadə edən cinayətkarlar öz metodlarını təkmilləşdirməklə məşğuldur.

S.Xankişiyeva

 

Paylaş:
766

Sizin üçün xəbərlər

Son xəbərlər

AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39
Bütün xəbərlər