Britaniya parlamentində “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyi haqqında danışılıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Britaniya parlamentində “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyi haqqında danışılıb – FOTO

15:14 - 13 / 11 / 2017
Britaniya parlamentində “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyi haqqında danışılıb – FOTO

Böyük Britaniya parlamentində payız tətilindən əvvəl keçirilən ənənəvi müzakirələrdə Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Bob Bləkman tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı üçcildlik roman-tədqiqatının ingilis dilində nəşrinin əhəmiyyəti və kitabın Britaniya parlamentində beynəlxalq təqdimatının təşkili barədə məlumat verib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) bildiriblər ki, Bob Bləkman həmkarlarına bu dəyərli kitab vasitəsilə XX əsrin görkəmli dövləti xadimi, Azərbaycan xalqının ümummilli lideri və Britaniyanın yaxın dostu olmuş Heydər Əliyevin tərcümeyi-halı və ictimai-siyasi fəaliyyəti ilə yaxından tanış olmağı tövsiyə edib.

Britaniyalı deputat qeyd edib ki, üçcildlikdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb. Bu kitab oxucunun diqqətini, həmçinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağdan və ətraf rayonlardan didərgin düşmüş insanların acı həyatına cəlb edir.

Xatırladaq ki, “TEAS Press” nəşriyyatında ingilis dilində çap edilmiş “Heydər Əliyev. Şəxsiyyət və zaman” roman-tədqiqatının beynəlxalq təqdimatı cari il oktyabrın 31-də Böyük Britaniya parlamentində keçirilib. Təqdimatda Böyük Britaniya parlamentinin hər iki palatasının üzvləri, ictimai-siyasi xadimlər, diplomatik korpusun nümayəndələri, tədqiqatçılar və Azərbaycan diasporunun fəalları iştirak ediblər.

S.Xankişiyeva

 

Paylaş:
672

Son xəbərlər

Viktor Orban Azərbaycana səfər edəcək04 / 07 / 2024, 17:45Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb04 / 07 / 2024, 17:40Azərbaycan Prezidenti ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a dəvət edib04 / 07 / 2024, 17:28Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - YENİLƏNİB04 / 07 / 2024, 17:21Gəncədə qanunsuz tikinti işləri dayandırılıb04 / 07 / 2024, 17:18Heydər Əliyev Beynəlxalq Aeroportu ACI EUROPE 2024 İllik Konqresi və Baş Assambleyasında iştirak edir04 / 07 / 2024, 16:59Azərbaycan dili fənni üzrə keçirilən imtahananın nəticələri açıqlanıb04 / 07 / 2024, 16:41Qəzza zolağında ölən fələstinlilərin sayı 38 mini keçib04 / 07 / 2024, 16:39Bu bölgələrdə 3 gün qaz olmayacaq04 / 07 / 2024, 16:17Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir04 / 07 / 2024, 16:00Sevinc Fətəliyeva: “Azərbaycan ŞƏT-in bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub”04 / 07 / 2024, 15:53İraq nümayəndə heyəti Ali Məhkəmədə olub04 / 07 / 2024, 15:25Azərbaycan Mərkəzi Bankı “PashaPay”ə lisenziya verib04 / 07 / 2024, 15:11“Ölkəmizdə uşaqların, yeniyetmə və gənclərin fiziki və mənəvi hazırlığı ilə bağlı çox geniş şərait var” - ŞƏRH04 / 07 / 2024, 15:01Azərbaycan XİN ABŞ-ni təbrik edib04 / 07 / 2024, 14:47“Wi-Fi üzərindən zəng” – “Bakcell” abonentlərə yeni innovativ xidmət təqdim etdi04 / 07 / 2024, 14:46Əhali Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini istəyir? - STM sorğu nəticələrini açıqladı04 / 07 / 2024, 14:36Prezident ŞƏT-in Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə iştirak edib04 / 07 / 2024, 14:32Bakının Mehdi Hüseyn və Teymur Elçin küçələrində təmir yekunlaşıb - FOTO - VİDEO04 / 07 / 2024, 14:21Əhməd Əhmədov yenidən məhkəmə qarşısında çıxarıldı - Özünü təqsirli bilib, ifadə vermədi04 / 07 / 2024, 13:54
Bütün xəbərlər