Gəncədə İdman Sarayı tikiləcək | 1news.az | Xəbərlər
Rəsmi

Gəncədə İdman Sarayı tikiləcək

18:39 - 13 / 11 / 2017
Gəncədə İdman Sarayı tikiləcək

Prezident İlham Əliyev Gəncə şəhərində İdman Sarayının tikintisi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Gəncə şəhərində İdman Sarayı inşa edilsin.

2. Gəncə İdman Sarayının layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Gəncə Şəhər İcra Hakimiyyətinə həvalə edilsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri bölgüsündə Gəncə İdman Sarayının tikintisi üçün maliyyə vəsaitini nəzərdə tutsun”.

1news.az

Paylaş:
1035

Son xəbərlər

Bütün xəbərlər