Baş konsulluq: İranda baş verən zəlzələdə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur | 1news.az | Xəbərlər
Siyasət

Baş konsulluq: İranda baş verən zəlzələdə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur

12:02 - 13 / 11 / 2017
Baş konsulluq: İranda baş verən zəlzələdə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur

İlkin məlumatlara görə, İranda baş verən zəlzələ zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə Azərbaycanın İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğundan məlumat verilib.

Diplomatik nümayəndəlikdən bildirilib ki, İranın müvafiq qurumlarından bu barədə məlumat daxil olmayıb. Həmçinin İranda yaşayan və konsulluqda qeydiyyat alınmış Azərbaycan vətəndaşlarından heç kim müraciət etməyib.

Baş Konsulluqdan verilən məlumata görə, Azərbaycan vətəndaşları əsasən təbii fəlakətdən zərər çəkməyən əyalətlərdə yaşayırlar.

Xatırladaq ki, noyabrın 13-nə keçən gecə İran-İraq sərhədində 7,3 balı gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri İranın Sarpol-e-Zahab şəhərindən 32 km şimalda, İraqın Süleymaniyyə şəhərindən 100 km cənub-şərqdə, Yerin 10 km dərinliyində yerləşib. Təbii fəlakət nəticəsində 200-dən çox adam ölüb, təxminən 2500 nəfər yaralanıb.

S.Xankişiyeva

 

Paylaş:
668

Son xəbərlər

Bütün xəbərlər