Sarkisyan Moskvaya gedir | 1news.az | Xəbərlər
Dünya

Sarkisyan Moskvaya gedir

17:48 - 14 / 11 / 2017
Sarkisyan Moskvaya gedir

Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edəcək.

1news.az "aysor.am"a istinadən xəbər verir ki,  Sarkisyanın səfəri noyabrın 15-də həyata keçiriləcək.

Səfər zamanı Sarkisyan prezident  Putinlə görüşəcək. Görüşdə iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi və inkişafı məsələləri, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq və regional məsələlər müzakirə olunacaq.

Prezidentlər Rusiyada Ermənistan mədəniyyəti günlərinin rəsmi açılış mərasimində iştirak edəcəklər.

P.Sultanova

 

Paylaş:
782

Son xəbərlər

Bütün xəbərlər