AFFA iki baş məşqçi ilə yollarını ayırdı | 1news.az | Xəbərlər
Futbol

AFFA iki baş məşqçi ilə yollarını ayırdı

18:34 - 15 / 11 / 2017
AFFA iki baş məşqçi ilə yollarını ayırdı

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayevlə görüşüb.

1news.az-ın AFFA-ya istinadən verdiyi xəbərə görə, Təbriz Həsənov U-19-un, Mirbağır İsayev isə U-17-nin Avropa çempionatının ilkin seçmə mərhələsində çıxışı ilə bağlı hesabat təqdim edib.

Hesabatların təqdimatından sonra qarşılıqlı razılıq əsasında hər iki baş məşqçinin müqaviləsinə xitam verilməsi barədə qərar qəbul olunub.

U-19 və U-17 Azərbaycan yığmalarının baş məşqçisi vəzifəsinə təyinatlar ilin sonuna qədər müəyyənləşəcək.

1news.az

Paylaş:
946

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər