DÇ-2018: Danimarka mundiala darmadağınla gedir – VİDEO | 1news.az | Xəbərlər
Futbol

DÇ-2018: Danimarka mundiala darmadağınla gedir – VİDEO

10:45 - 15 / 11 / 2017
DÇ-2018: Danimarka mundiala darmadağınla gedir – VİDEO

DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin sonuncu pley-off oyunu keçirilib.

1news.az-ın Apasport.az-a istinadən verdiy xəbərə görə, köhnə qitədən mundiala yollanan sonuncu komandanın bəlli olduğu oyunda Danimarka ilə İrlandiya üz-üzə gəlib.

Danimarkada keçirilmiş ilk qarşılaşmadan tərəflər qolsuz bərabərliklə ayrılmışdılar. İkinci oyun isə gözlənilməz nəticə ilə başa çatıb.

Hesabı meydan sahibləri açsa da, sonradan toparlanan qonaqlar 5 qol vuraraq mundiala vəsiqəni darmadağınla qazanıblar.

DÇ-2018, pley-off oyunları

Avropa zonası, cavab qarşılaşması

14 noyabr

İrlandiya – Danimarka - 1:5

Qollar: Daffi, 6 - Kristensen, 29, Eriksen, 32, 63, 74, Bentner, 90 (pen.)

İlk oyun – 0:0

1news.az

Paylaş:
1338

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər