Braziliyada atı həbs etdilər - VİDEO
Braziliyanın Serjip ştatında avtomobilə xəsarət yetirdiyinə görə atı "həbs ediblər".
1news.az "Globo" portalına istinadən xəbər verir ki, atın sahibi Uilyams Frasişku duş Santuş küçədə atla gəzərkən bir neçə insan ona yaxınlaşıb atla gəzmək istədiklərini bildiriblər. Atın sahibi etiraz etməsə də, heyvan hürkərək qaçıb və bir avtomobilə ziyan vurub.
Hadisə yerinə gələn polis əməkdaşları atı bölməyə aparıblar.
Sahibi vurulmuş ziyana görə məsuliyyəti üzərinə götürdükdən sonra atı azadlığa buraxıblar.
1news.az
1065