“Bank of Baku” İpoteka kreditləri üzrə illik faiz dərəcəsini aşağı saldı! | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Bank of Baku” İpoteka kreditləri üzrə illik faiz dərəcəsini aşağı saldı!

12:30 - 16 / 11 / 2017
“Bank of Baku” İpoteka kreditləri üzrə illik faiz dərəcəsini aşağı saldı!

“Bank of Baku” ev sahibi olmaq istəyənləri yenə sevindirdi – ipoteka krediti üzrə şərtlərini daha da yüngülləşdirdi.

İllik faiz dərəcəsini aşağı salan bank, 150.000 AZN-dək İpoteka kreditini indi 7% illik faiz dərəcəsi ilə təqdim edir.

“Bank of Baku”-nun təklif etdiyi İpoteka kreditləri üzrə maksimal ödəniş müddəti 25 il, ilkin ödəniş isə sadəcə 20% təşkil edir. 

İpoteka krediti əldə etmək istəyənlər rəsmiləşdirmə üçün aşağıdakı ilkin sənədləri təqdim etməlidirlər:

- Şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti;

- Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;

- Yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;

- İş yerini və gəlirlərini təsdiq edən sənədlər.

- Asan imza və ya Elektron imza

Azərbaycan İpoteka Fondu tərəfindən ayrılan vəsait hesabına ipoteka kreditlərindən faydalanmaq istəyən hər bir şəxs https://e-gov.az saytından qeydiyyat keçib, “Bank of Baku”-ya müraciət edə bilər. 

145 Məlumat Mərkəzinə zəng etməklə və ya banka yaxınlaşmaqla “Bank of Baku”-nun təqdim etdiyi İpoteka krediti haqqında ətraflı məlumat almaq olar.

Daha ətraflı məlumat üçün bankın 145 Məlumat Mərkəzi ilə əlaqə saxlaya, eləcə də www.bankofbaku.comwww.facebook.com/bankofbaku ünvanlarına daxil ola bilərsiniz.

Paylaş:
700

Son xəbərlər

Bütün xəbərlər