Zakir Həsənov müşavirə keçirib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov müşavirə keçirib – FOTO

13:34 - 17 / 11 / 2017
Zakir Həsənov müşavirə keçirib – FOTO

Noyabrın 17-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə Silahlı Qüvvələr miqyasında keçirilən komanda-qərargah hərb oyunlarına cəlb olunan rəhbər heyətlə xidməti müşavirə keçirilib.

1news.az xəbər verir ki, Müdafiə Nazirliyinin Baş idarə, idarə rəisləri, Silahlı Qüvvələrin qoşun növləri komandanları, birlik və birləşmə komandirlərinin iştirakı ilə keçirilən müşavirədə qoşunlara təlimlə əlaqədar əməliyyatların planlaşdırılması üzrə göstərişlər və döyüş sərəncamları çatdırılıb.

Müdafiə naziri təlimlərdə iştirak edən rəhbər heyətin məruzələrini dinlədikdən sonra müvafiq tapşırıq və göstərişlərini verib.

Babək Cahandarov

Paylaş:
585

Son xəbərlər

Bütün xəbərlər