Bakı metrosunda vaqonların təmiri müəssisəsi istifadəyə verilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı metrosunda vaqonların təmiri müəssisəsi istifadəyə verilib – FOTO

17:11 - 17 / 11 / 2017
Bakı metrosunda vaqonların təmiri müəssisəsi istifadəyə verilib – FOTO

“Nərimanov” elektrik deposunda metropoliten tarixində ən irimiqyaslı yeniliklərdən biri olan vaqonların əsaslı təmiri sexi istifadəyə verilib və burada ilk qatarın təmirinə başlanılıb.

1news.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. O bildirib ki, ən müasir tələblərə cavab verməklə inşa olunmuş sahə metropolitenin lokomotiv təsərrüfatında kəskin dönüş yaradacaq.

Uzunluğu 136 metr, eni 24 metr olan sexin metal konstruksiyası sendviç panellərlə örtülüb. Əmək şəraitinin maksimal tələblərinə cavab verən sahədə, layihə üzrə işçi, yardımçı, sanitar-məişət və texniki otaqlar inşa olunub. Sexdə yüksək standartlı yanğın təhlükəsizliyi, havalandırma, ekoloji təmizliyin ən yüksək tələbləri nəzərə alınmaqla filtrasiya sistemləri quraşdırılıb. Sahələr 14, sexin damı 6 ventilyator və sexin divarı 12 kolorifel ilə təmin olunub.

Döşəmə iş şəraiti tələblərinə müvafiq qaydada betonlanıb, qovşaqlar qurulub, müasir və estetik görkəmi ilə seçilən dayanıqlı epoksid maddə ilə boyanıb. Sexdaxili dəmiryolları texniki tələblər nəzərə alınmaqla, xüsusi layihə əsasında çəkilib. Deponun park yollarından dəmiryol xətlərinin çəkilməsi məqsədilə yoldəyişdirici qurğular quraşdırılıb.

Sexdə vaqonların sökülməsi, quraşdırılması, qaynaq və dəmirçi işləri yerinə yetirilir. Digər sahələrdə vaqonların antikorroziya tədbirlərinin görülməsi üçün qumla təmizlənməsi və emalı, vaqonaltının yuyulması, rənglənməsi ən müasir texniki tələblər səviyyəsində qurulub. Bu işlər Bakı metropoliteninin özünəməxsusluqlarına əsasən, həmçinin yüksək qənaətə nail olmaq üçün “Nərimanov” elektrik deposunda yerinə yetirilən təmir həcmi və xüsusiyyətləri nəzərə alınaraq tətbiq edilib.

Ən vacibi, sexdə təkcə qatarların əsaslı təmiri deyil, həmçinin müasir tələblərə uyğun modernləşdirilmə tədbirləri də həyata keçiriləcək. Bu isə vaqonlarda tətbiq edilən bir sıra yeni texnologiyaların tətbiqinə və onların gələcəkdə də inkişaf etdirilməsinə zəmin yaradacaq.

Sexin metropoliten üçün əhəmiyyətindən danışan Nəsimi Paşayev bildirib ki, buna qədər müvafiq zavod şəraiti olmadığından, əsaslı təmir üçün qatarlar ölkə xaricində aparılıb. Yeni sex il ərzində 30-a yaxın vaqonu əsaslı şəkildə təmir etmək gücünə malikdir.

Ötən dövr göstərir ki, qatarların ölkə xaricində deyil, məhz yerli şəraitdə əsaslı təmirinin təşkili külli miqdarda vəsaitə qənaətdir. Vaqonların nəqlinə, gömrük xərclərinə sərf olunan vəsaitlə yanaşı, təmirin yerli tələblərə uyğun aparılması, keyfiyyətinin artırılması və xərclərin azaldılması əsaslı səmərə verib. Bu, yeni iş yerlərinin açılması, yeni tipli səriştəli kadrların hazırlanması, vaqon təmiri və istehsalı sənayesinin, həmçinin elmi-praktik potensialın möhkəm özülünün yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edərək ölkə iqtisadiyyatına əsaslı dəstəkdir.

1news.az

Paylaş:
1004

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər