Ərdoğan: Putin Qarabağ münaqişəsinin həllində ümidli deyil | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan: Putin Qarabağ münaqişəsinin həllində ümidli deyil

09:57 - 17 / 11 / 2017
Ərdoğan: Putin Qarabağ münaqişəsinin həllində ümidli deyil

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Rusiya, Küveyt və Qətərə rəsmi səfərlərinin yekunlarından danışıb.

1news.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirə aparıldığını bildirib.  

Türkiyə prezidenti deyib: “Cənab Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Rusiyanın Ermənistana təsiri var.  Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var (ərazilərin işğalı ilə bağlı BMTTŞ-nin qətnamələri - star.com.tr). Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Putin bunun mümkün olduğunu hesab edir, lakin, fikrimcə, çox da ümidli deyil. Məncə, bu, tərəflər arasındakı münasibətlərlə əlaqədardır”.

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri arasında görüş noyabrın 13-də Soçidə baş tutub.

Noyabrın 22-də Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü planlaşdırılıb.  

1news.az

 

Paylaş:
630

Son xəbərlər

Bütün xəbərlər