Maire Tecnimont Bakı Ali Neft Məktəbindən tələbələr seçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Maire Tecnimont Bakı Ali Neft Məktəbindən tələbələr seçdi

10:06 - 17 / 11 / 2017
Maire Tecnimont Bakı Ali Neft Məktəbindən tələbələr seçdi

Bakı Ali Neft Məktəbində (BANM) İtaliyanın Maire Tecnimont Group şirkətinin Azərbaycan üzrə nümayəndəliyi KT-Kinetics Technology şirkətdə təcrübə proqramında iştirak üçün seçim prosesini həyata keçirib.

1news.az-a BANM-dan verilən məlumata görə,  Ali Məktəbin 5-ci kurs və magistr tələbələri arasında edilən seçim prosesini KT-Kinetics Technology şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Haylpern və şirkətin İnsan resursları üzrə meneceri Aidə Bəşirova aparıb. 

Seçim prosesinin yekunu olaraq Ali Məktəbin tələbələri – “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan Gülsüm Əliyeva və Zərifə Orucova, “Kimya mühəndisliyi” ixtisası üzrə magistr təhsili alan Həcər Hidayətzadə və 5-ci kurs tələbəsi Ruslan Cəbrayıllı həmin şirkətdə 17 həftəlik təcrübə proqramı keçmək imkanı əldə ediblər. Tələbələr proqram dövrü ərzində şirkətin strukturu və fəaliyyəti ilə tanış olur və BANM-də əldə etdikləri nəzəri və praktiki bilikləri aidiyyatı sahə üzrə tətbiq etməyə nail olurlar.

BANM və Maire Technimont Group arasında yaranmış ötən ilki uğurlu əməkdaşlığın nəticəsi olaraq Ali Məktəbin 2 məzunu – Sənan İbrahimov və Riyad Baxşıyev artıq KT-Kinetics Technology şirkətinin əməkdaşlarıdır. Tərəflər arasında əməkdaşlığın daha da inkişaf etdiyini nəzərə alaraq, növbəti ildə bu rəqəmin artması gözlənilir. 

1news.az

Paylaş:
709

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər