Özbəkistanın müdafiə naziri Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Özbəkistanın müdafiə naziri Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub – FOTO

12:02 - 18 / 11 / 2017
Özbəkistanın müdafiə naziri Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub – FOTO

Özbəkistan Respublikasının müdafiə naziri, general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfəri çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, qonaqlar akademiyada ulu öndər Heydər Əliyevin xatirəsinə yaradılmış guşə ilə tanış olub. Sonra hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib.

Nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktura və elm şöbəsi, kafedralar, tədris prosesi və elektron kitabxana ilə də tanış olub.

S.Xankişiyeva

 

Paylaş:
995

Son xəbərlər

Bütün xəbərlər