Ermənistanda çavuş və əsgər hərbi hissədən qaçıb | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda çavuş və əsgər hərbi hissədən qaçıb

16:35 - 19 / 11 / 2017
Ermənistanda çavuş və əsgər hərbi hissədən qaçıb

Son vaxtlar Ermənistan ordusu ilə bağlı yayılan məlumatlar açıq aydın göstərir ki, bu ölkənin vətəndaşları olan gənclər hərbi xidmətdən istənilən yolla boyun qaçırır və ordudan yayınırlar.

Azacıq imkanı olanlar müxtəlif yollar tapıb xidmətə getmir, imkanı olmayanlar və məcburən xidmətə getməli olanlar isə hərbi hissələrini özbaşına tərk edirlər.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu günlərdə sosial şəbəkələrdə daha iki erməni hərbçinin fərarilik etdiyi barədə məlumat paylaşılıb.

Əlahiddə artilleriya alayının kiçik çavuşu Qriqor Şahnazaryan və əsgər Vreji Qriqoryan xidmət yerini özbaşına tərk ediblər. Hər iki hərbi qulluqçu barəsində cinayət işi açılıb, axtarış elan olunub.

S.Xankişiyeva

 

Paylaş:
1015

Son xəbərlər

Bütün xəbərlər