İdmançı qızı öldürən sürücüyə cəza verildi - VİDEO
Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əlifağa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
1news.az xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Ə. Məmmədovun cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib.
Prokuror Ə. Məmmədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Ə. Məmmədovun vəkili müdafiə çıxışı edib. Daha sonra son sözlə çıxış edən təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib.
Hakimlər hökm elan etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub.
Hökmə əsasən, Ə. Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
1news.az
598