İndoneziya parlamentinin spikeri saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

İndoneziya parlamentinin spikeri saxlanılıb

09:33 - 20 / 11 / 2017
İndoneziya parlamentinin spikeri saxlanılıb

İndoneziyanın korrupsiyaya qarşı mübarizə komissiyası parlamentin spikeri Setiu Novantonu saxlayıb.

1news.az RİA Novostiyə istinadla xəbər verir ki, spiker dövlət büdcəsindən təxminən 170 milyon dolları mənimsəməkdə şübhəli bilinir. Məlumata görə, spiker büdcə vəsaitlərinin mənimsənilməsi üzrə təqsirləndirilən şəxslərdən biridir.

Korrupsiyaya qarşı mübarizə komissiyasının əməkdaşları onun evində axtarış aparıblar. Novanto həmin gün evdə olmayıb. Spiker bir gün sonra,  öz avtomobilində qəzaya düşdükdən sonra tapılıb. Novanto müayinə üçün dövlət xəstəxanasına göndərilib. Həkimlər siyasətçinin xəstəxanaya yerləşdirilməsinə əsas görmədiklərini vurğulayıblar.

 Bazar günü o, təkərli kürsüdə komissiyanın binasına aparılıb. İş üzrə ilk dinləmə noyabarın 30-na təyin edilib.

P.Sultanova

 

Paylaş:
667

Sizin üçün xəbərlər

Son xəbərlər

AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39
Bütün xəbərlər