Silsilə qətillərin müəllifi vəfat edib | 1news.az | Xəbərlər
Dünya

Silsilə qətillərin müəllifi vəfat edib

10:27 - 20 / 11 / 2017
Silsilə qətillərin müəllifi vəfat edib

ABŞ həbsxanalarından birində ömürlük həbs cəzasına məhkum edilmiş silsilə qətillərin müəllifi Çarlz Manson 83 yaşında vəfat edib. 

1news.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə onun qurbanlarından birinin bacısı məlumat verib.

Həbsxanadan ABC News telekanalına qatilin öldüyünü təsdiqləyiblər. Daha əvvəl onun xəstəxanaya yerləşdirilməsi barədə məlumat verilmişdi.

Xatırladaq ki, 1969-cu ilin yayında dostu Qari Hinmeni öldürən Manson ömürlük həbs cəzasına məhkum edilmişdi. Həmin ilin avqust ayında Mansonun rəhbərlik etdiyi "Ailə" adlı cinayətkar qrupun üzvləri kinorejissor Roman Polanskinin mənzilinə basqın edərək onun səkkiz aylıq hamilə olan həyat yoldaşı Şeron Teyt də daxil olmaqla beş nəfəri qətlə yetiriblər. Aktrisa Ş.Teyt o zaman 26 yaşında olub.  Cinayətkar qrup bir sıra digər qətillər də törədib.

83 yaşlı qatil 2027-ci ildə erkən azad edilmək üçün ərizə verməyi planlaşdırırmış.

P.Sultanova

Paylaş:
602

Son xəbərlər

Bütün xəbərlər