ÇL: “Liverpul”, “Şaxtyor” və “Beşiktaş”ın 1/8 final mübarizəsi
Bu gün Çempionlar Liqasında V tura start veriləcək.
1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, Avropanın 32 ən güclü komandası qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirmək üçün növbəti addımını atacaq.
Bu görüşlər 1/8 finala yüksələcək komandaların sayının artması ilə nəticələnəcək. Artıq ilk iki yerdən birini təmin edən PSJ, “Bavariya”, “Mançester Siti” və “Tottenhem”ə qoşulmaq şansına 12 komanda malikdi.
İlk oyun günündə E qrupunda yalnız bir vəsiqə sahibini tapa bilər. Bunun “Sevilya” - “Liverpul” görüşündə rəsmiləşməsi gözlənilir. Qalib gələn komanda 1/8 finala yüksələcək. Matç heç-heçə bitsə, İngiltərə təmsilçisi “Spartak”ın məğlubiyyəti sayəsində buna nail olacaq.
F qrupunda “Şaxtyor” 1/8 finala yüksələn ikinci komanda olmağa yaxındı. Bunun üçün Ukrayna təmsilçisi “Napoli”yə uduzmamalıdı. Hətta 2-dən artıq qol vurub, minimal hesabla uduzmaq da Donetsk təmsilçisini növbəti mərhələyə daşıyacaq.
G qrupunda “Beşiktaş”la “Porto” mərhələ adlamaq imkanına malikdi. Türkiyəlilər Portuqaliya klubuna uduzmasa, 1-ci yerlə 1/8 finala yüksələcək. Məğlubiyyət də onları növbəti raunda daşıya bilər. Bunun üçün “Leypsiq” də xal itirməlidi. Belə nəticələr qeydə alınsa, elə “Porto” da xoşbəxtlər arasına qoşulacaq.
“Real” H qrupundan 1/8 finala yüksələn 2-ci komanda olmaq üçün APOEL səfərindən qələbə ilə dönməlidi. Madridlilərə 1 xal da kifayət edə bilər. Amma bunun üçün “Borussiya” da xal itirməlidi.
Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
21 noyabr
E qrupu
21:00. “Spartak” (Rusiya) - “Maribor” (Sloveniya)
23:45. “Sevilya” (İspaniya) - “Liverpul” (İngiltərə)
1. |
Liverpul |
4 |
2 |
2 |
0 |
13-3 |
8 |
2. |
Sevilya |
4 |
2 |
1 |
1 |
8-8 |
7 |
3. |
Spartak |
4 |
1 |
2 |
1 |
8-5 |
5 |
4. |
Maribor |
4 |
0 |
1 |
3 |
1-14 |
1 |
F qrupu
23:45. “Mançester Siti” (İngiltərə) - “Feyenoord” (Hollandiya)
23:45. “Napoli” (İtaliya) - “Şaxtyor” (Ukrayna)
1. |
Mançester Siti |
4 |
4 |
0 |
0 |
12-3 |
12 |
2. |
Şaxtyor |
4 |
3 |
0 |
1 |
7-5 |
9 |
3. |
Napoli |
4 |
1 |
0 |
3 |
7-9 |
3 |
4. |
Feyenord |
4 |
0 |
0 |
4 |
3-12 |
0 |
G qrupu
21:00. “Beşiktaş” (Türkiyə) - “Porto” (Portuqaliya)
23:45. “Monako” (Fransa) - “Leypsiq” (Almaniya)
1. |
Beşiktaş |
4 |
3 |
1 |
0 |
8-3 |
10 |
2. |
Porto |
4 |
2 |
0 |
2 |
9-7 |
6 |
3. |
Leypziq |
4 |
1 |
1 |
2 |
5-8 |
4 |
4. |
Monako |
4 |
0 |
2 |
2 |
3-7 |
2 |
H qrupu
23:45. “Borussiya” (Dortmund, Almaniya) - “Tottenhem” (İngiltərə)
23:45. APOEL (Kipr) - “Real” (İspaniya)
1. |
Tottenhem |
4 |
3 |
1 |
0 |
10-3 |
10 |
2. |
Real Madrid |
4 |
2 |
1 |
1 |
8-5 |
7 |
3. |
Borussiya Dortmund |
4 |
0 |
2 |
2 |
4-8 |
2 |
4. |
APOEL |
4 |
0 |
2 |
2 |
2-8 |
2 |
1news.az