Aİ "Sərq tərəfdaşlığı" regionunda həll olunmamış münaqişələrdən narahatdır | 1news.az | Xəbərlər
Siyasət

Aİ "Sərq tərəfdaşlığı" regionunda həll olunmamış münaqişələrdən narahatdır

17:26 - 21 / 11 / 2017
Aİ "Sərq tərəfdaşlığı" regionunda həll olunmamış münaqişələrdən narahatdır

Avropa (Aİ) "Sərq Tərəfdaşlığı" regionunda həll olunmamış münaqişələrdən narahatdır.

1news.az xəbər verir ki, bunu Aİ rəsmisi bəyan edib.

O bildirib ki, qurum münaqişələrin həlli istiqamətində göstərilən səyləri dəstəkləyir: "Şərq Tərəfdaşlığı sammiti çərçivəsində də bu dəstək bir daha ifadə olunacaq".

 Aİ rəsmisi Azərbaycanla münasibətlərə dair qeyd edib ki, ötən sammitdən bu yana Azərbaycanla münasibətlərdə irəliləyişlər əldə olunub.

"Biz hazırda hərtərəfli yeni saziş üzrə danışıqlar aparırıq. Bu saziş daha əvvəl mövcud olan Tərəfdaşlıq və Əməkdaşlıq sazişi əsasında inkişaf etdiriləcək. Ümid edirik ki, bu danışıqlar tezliklə yekunlaşacaq. Biz həmçinin Azərbaycanla Aviasiya sazişinin paraflamağı planlaşdırıq", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqının  məqsədi "Şərq tərəfdaşlığı"nın hər bir üzvü, o cümlədən Azərbaycan üçün sərfəli bəyannamənin qəbuluna nail olmaqdır və hazırda bəyannamənin mətni müzakirə olunur.

Diplomat Azərbaycanın Aİ üçün vacib enerji təminatçısı olduğunu da bildirib: "Enerji effektivliyi vacib məsələdir və "Şərq Tərəfdaşlığı" sammitinin vacib hissələrindən biridir".

1news.az

 

 

Paylaş:
717

Son xəbərlər

Bütün xəbərlər