İraqda terror aktı nəticəsində azı 20 nəfər ölüb, 40-dan çox insan yaralanıb | 1news.az | Xəbərlər
Dünya

İraqda terror aktı nəticəsində azı 20 nəfər ölüb, 40-dan çox insan yaralanıb

18:22 - 21 / 11 / 2017
İraqda terror aktı nəticəsində azı 20 nəfər ölüb, 40-dan çox insan yaralanıb

Noyabrın 21-də İraqın şimal-şərqində yerləşən Tuz-Hurmatu şəhərində bomba yüklü avtomobilin partladılması nəticəsində azı 20 nəfər həlak olub, 40-dan çox insan isə yaralanıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, partlayış şəhərin hərbi məhəlləsinin mərkəzi hissəsində yerləşən Əl-Mahdar bazarında törədilib.

Polis orqanlarında olan mənbənin məlumatına əsasən, şəhər xəstəxanasına yaralıların gətirilməsi davam edir. Onların sayının artacağı ehtimal olunur.

Tuz-Hurmatu şəhəri Səlah-əd-Din vilayətinin ərazisində yerləşir.

1news.az

Paylaş:
518

Son xəbərlər

Bütün xəbərlər