Erməni cinayətkar qrupunun işində polisə kömək etməyən "Skype" cərimələndi | 1news.az | Xəbərlər
Dünya

Erməni cinayətkar qrupunun işində polisə kömək etməyən "Skype" cərimələndi

10:44 - 22 / 11 / 2017
 Erməni cinayətkar qrupunun işində polisə kömək etməyən "Skype" cərimələndi

Belçika məhkəməsi erməni cinayətkar qrupunun işinin araşdırılmasında polisə kömək göstərməkdən imtina etdiyi üçün “Skype Technologies” şirkətini 30 min avro cərimələyib.

1news.az  news.am-a istinadla xəbər verir ki, Antverpen məhkəməsi şirkətin apelyasiya müraciətini də rədd edib.

Söhbət 2012-ci ildə baş vermiş hadisədən gedir. Erməni cinayətkar qrupunun işinin istintaqı zamanı onların "Skype"-ın xidmətlərindən istifadə etdiyi məlum olub. Polis kömək üçün müraciət etsə də, cinayətkarların danışığının dinlənilməsinə şirkət tərəfindən icazə verilməyib. Bundan sonra isə “Skype Technologies” məhkəməyə verilib.

Şirkət məhkəmə qərarı ilə razılaşmayaraq apelyasiya şikayəti versə də, yenə də uduzub və 30 min avro cərimələnib.

P.Sultanova

Paylaş:
555

Son xəbərlər

Bütün xəbərlər