Bakıda “Koko” filminin ilk nümayişi keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Koko” filminin ilk nümayişi keçirilir

17:22 - 23 / 11 / 2017
Bakıda “Koko” filminin ilk nümayişi keçirilir

Bü gün Bakının müxtəlif kino zallarında Pixar-ın istehsalına məxsus Meksika mövzusunda olan “Koko” filminin ilk nümayişi keçirilir.

Bu barədə 1news.az-a Meksikanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Flame Towers-da yerləşən Park Cinema kino zalında bü gün saat 20:00-da baş tutacaq nümayişdə səfirlik də iştirak edəcək.

Filmdə ailəsi ilə Meksikanın kənd yerində yaşayan, musiqi və gitarada ifa etmək arzusu olan on iki yaşlı Miqel adında oğlan uşağından bəhs olunur. Miqel yüzillik sirri ilə əlaqədar olan bir sıra qeyri-adi hadisələrin üstünü açacaq. Baş qəhramanın haradan gəldiyini, ailədə hansı yeri tutduğunu və zaman boyu ailə münasibətlərinin necə qurulduğunu soruşması üçün arxa fonda Ölülər Gününün qeyd olunması baş tutur. Bu, həyatın, ailənin, xatirələrin və müxtəlif nəsillərin bağlılığının qeyd olunmasıdır.

Film Meksika ənənəsi olan “Ölülər Günündən” ilham alır. Kokoda biz Meksikanın tarixi və mədəniyyətinin müxtəlif rəmzi şəxsiyyətlərini görə bilirik: Frida Kalo, Pedro İnfante, Xorxe Neqrete, El Santo, Maria Feliks, Kantinflas və hətta inqilabçı Emiliano Zapata.

Nümayiş olunduğu həftə ərzində film 8,4 milyon dollar gəlir əldə etdi. Nümayişin ilk 10 günü ərzində isə 11 milyon nəfər izləyici ilə 28 milyon dollar gəlir etdiyi Latın Amerika Disney tərəfdinən təsdiqlənir.

Maraqlı məlumat üçün qeyd etmək vacibdir ki, Kokonun ərsəyə gəlməsi 3 il ərzində baş tutub, belə ki, bu müddət ərzində Meksika mədəniyyətini bütövlüklə dərk etmək üçün ölkənin bazarları, meydanları, emalatxanaları, kilsələri, təsərrüfat sahələri və qəbrstanlıqları ziyarət olunub, Ölülər Günün vacibliyi və əsl mənası öyrənilib. Filmin ilham verici məkanlar arasında Mexiko şəhəri, Quanaxuato, San Sesilia və San Andres Miskik panteonu, eyni zamanda Miçoakan ştatında yerləşən Patzkuaro və Xanitsio yer alır.

Azərbaycan tamaşaçlarına bu filmə baxmaq və Meksikanın vacib ənənəsini daha yaxşı tanımaq fürsətini qaçırmamaq tövsiyə olunur.

P.Sultanova

Paylaş:
630

Son xəbərlər

“Yango” Azərbaycanın taksi parklarına avtomobillərini yeniləməyə və xidmət keyfiyyətini yaxşılaşdırmağa kömək edəcəkBu gün, 14:24Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 14:01SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 13:49Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”Bu gün, 13:37Kəlbəcərdə yol qəzası olub, xəsarət alanlar varBu gün, 13:26Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşübBu gün, 13:13Əmtəə bazarlarında qızılın qiyməti cüzi artıbBu gün, 13:07Penitensiar xidmət və DİN əməliyyat keçirib, Şəmkirdə silah tapılıb - FOTOBu gün, 12:56İlham Əliyev polşalı həmkarını təbrik edibBu gün, 12:44Mülayim şimal küləyi əsəcək - Sabahın HAVASIBu gün, 12:42Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcəkBu gün, 12:39Azərbaycan hərbçilərinin də iştirak etdiyi “EFES - 2024” təlimi davam edir - FOTOBu gün, 12:28STM ilə Türkiyənin beyin mərkəzlərindən olan “Divan” arasında memorandum imzalanıbBu gün, 12:19“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıbBu gün, 11:55DYP “Təmiz hava” aylığı ilə bağlı müraciət edibBu gün, 11:50Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinin spikerləri bəlli oldu!Bu gün, 11:34Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıbBu gün, 11:28“PAŞA Bank”a İnsan Resursları üzrə Baş Direktor təyin edilibBu gün, 11:23Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edibBu gün, 11:113-5 may tarixlərində İçərişəhərə giriş məhdudlaşdırılacaq - FOTOBu gün, 11:03
Bütün xəbərlər