Moskva aeroportları 300 reysi təxirə salıb | 1news.az | Xəbərlər
Dünya

Moskva aeroportları 300 reysi təxirə salıb

13:12 - 04 / 12 / 2017
Moskva aeroportları 300 reysi təxirə salıb

Moskvada güclü qar yağması və çovğunlu hava şəraiti ilə əlaqədar təxirə salınan aviareyslərin sayı 300-ü keçib.

1news.az  xəbər verir ki, "Domodedovo" aeroportunun onlayn-uçuş cədvəlində 152 aviareysin gecikdiyi qeyd olunub.

"Şeremetyevo" hava limanında isə 107 aviareysin təxirə salındığı, daha 120 aviareysin ləngidiyi bildirilir.

Moskva aeroportlarında eləcə də xarici aviaşirkətlərə məxsus təyyarələrin gecikdiyi bildirilir.

1news.az  

 

Paylaş:
631

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər