Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad edilib | 1news.az | Xəbərlər
Rəsmi

Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad edilib

16:55 - 05 / 12 / 2017
Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad edilib

Prezident İlham Əliyev F.Ə.Məmmədovun Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fazil Əsəd oğlu Məmmədov Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilsin.

S.Xankişiyeva

 

 

Paylaş:
1335

Son xəbərlər

Bütün xəbərlər