Tramp Yerusəlimi İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edəcək | 1news.az | Xəbərlər
Dünya

Tramp Yerusəlimi İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edəcək

09:15 - 06 / 12 / 2017
Tramp Yerusəlimi İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edəcək

ABŞ prezidenti Donald Tramp bu gün Yerusəlimin (Qüds-red.) İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edəcək.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Ağ Evin yüksək vəzifəli nümayəndəsi bəyan edib.    

“Prezident dekabrın 6-da ABŞ-ın Yerusəlimin İsrailin paytaxtı kimi tanıdığını bəyan edəcək”, - deyə administrasiya nümayəndəsi təşkil olunmuş xüsusi brifinqdə bildirib.  

Onun sözlərinə görə, Tramp həmçinin ABŞ-ın İsraildəki səfirliyinin Tel Əvivdən Yerusəlimə köçürüləcəyini bəyan edəcək.

“Bu həm tarixi, həm də müasir reallığın tanınması deməkdir. Bu dinc nizamlanmaya dair danışıqlar prosesinin hər hansı aspektlərinə və sərhəd məsələsinə toxunmur. D.Tramp qərarını Yaxın Şərq ölkələrin rəhbərləri ilə müzakirə edib. Fələstin-İsrail münaqişəsinin nizamlanması ilə məşğul olan xarici ölkə liderləri D.Trampa dəstək verib”, - deyə Ağ Ev nümayəndəsi bildirib.

Ağ Ev nümayəndəsi qeyd edib, Yerusəlimə dair qərar heç də ABŞ-ın İsrail sərhədləri ilə bağlı siyasətini dəyişmir: “Məbəd dağı məsələsində prezident bir daha status-kvonun qorunmasının vacibliyini qeyd edib. Tramp Fələstin-İsrail münaqişəsinin nizamlanması məsələsində nikbindir”.  

D.Trampın müvafiq bəyanatı bu gün Bakı vaxtı ilə saat 22.00-da səsləndirəcəyi bildirir.   

Qeyd edək ki, ərəb ölkələrinin liderləri ABŞ prezidentinin niyyətini tənqid ediblər, Aİ isə D.Trampın bu qərarının Yaxın Şərq probleminin həlli istiqamətində səylərə xələl gətirə biləcəyi ilə bağlı xəbərdarlıq edib. 

S.Xankişiyeva

 

Paylaş:
705

Sizin üçün xəbərlər

Son xəbərlər

Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40
Bütün xəbərlər