Türkiyə bitcoini İslamın ideyalarına zidd olduğunu qəbul etdi
Türkiyənin dini işlər üzrə idarəsi bitcoini İslamın ideyalarına zidd olduğunu qəbul edib.
1news.az-ın technote.az-a istinadla verdiyi xəbərə görə, bu onun spekulyativ təbiəti ilə bağlıdır.
Xəbərdə qeyd olunub ki, öz təbiətləri baxımından spekulyativ olan alətlərdən istifadə müsəlmanlara qadağandır. Buna görə də bitcoin İslam ideyalarına ziddir. Bu həmçinin Ethereum da daxil olmaqla istənilən kriptovalyutaya aiddir.
“Hazırda kriptovalyutaların alışı və satışı İslam normalarına uyğun deyil. Belə ki, onun məzənnəsi spekulyasiyalardan asılıdır. Bitcoin rahatlıqla qeyri-leqal işlərdə istifadə oluna bilər. Əsasən pulların yuyulması və s. kimi işlər. Bununla yanaşı o, dövlət tərəfindən idarəetməyə məruz qalmır” – deyə xəbərdə qeyd olunub.
Suriya ilə yaxınlığı ucbatından bitcoindən qeyri-leqal işlərdə istifadə xüsusən Türkiyə üçün yaxşı deyil. Türkiyədə PayPal-ın qadağan olunmasından sonra bitcoin startaplar dövlətin diqqətini cəlb edirdi. Həmin vaxtda PayPal-ın yerini yerli bitcoin birjalar tutdular. Lakin 2016-cı ildə BTCTurk də öz fəaliyyətini dayandırdı. Belə ki, dövlət onun hesablarını xəbərdarlıq etmədən dondurdu.
Türkiyə əhalisinin bir çoxunun İslam dininə sitayiş etməsinə baxmayaraq o, dünyəvi ölkədir. Bu prinsip 20-ci əsrin əvvəlində Mustafa Kamal Atatürk tərəfindən qoyulub.
S.Xankişiyeva