Binəli Yıldırım: Trampın yanlış qərarları düzəldiləsi mümkün olmayan nəticələr doğuracaq | 1news.az | Xəbərlər
Dünya

Binəli Yıldırım: Trampın yanlış qərarları düzəldiləsi mümkün olmayan nəticələr doğuracaq

10:56 - 06 / 12 / 2017
Binəli Yıldırım: Trampın yanlış qərarları düzəldiləsi mümkün olmayan nəticələr doğuracaq

 “ABŞ Prezidenti Donald Tramp ölkəsinin səfirliyini İsrailin paytaxtı Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərar qəbul edərsə, bu, dinlərarası yeni silahlı münaqişəyə səbəb olar”.

1news.az-ın ahaber-ə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ prezidentinin dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Hazırda Cənubi Koreyada səfərdə olan B.Yıldırım qeyd edib ki, D.Trampın Qüdsün hüquqi statusunu dəyişdirəcəyi ilə bağlı gözlənilən qərarı bu gün üçün həssas məsələdir:

“Bu, eyni zamanda hüququdankənar bir qərardır. Qüds İslam dünyası üçün müqəddəs bir şəhərdir. Biz Donald Trampın bu şəhərlə bağlı qərarına təcili olaraq, yenidən baxmasını istəyirik. Yanlış qərarlar düzəldiləsi mümkün olmayan nəticələr doğuracaq”.

Türkiyənin Baş naziri hesab edir ki, bu məsələnin yeganə həll yolu İsrailin 1960-cı illərin sərhədlərinə, Fələstinə aid Şərqi Qüdsdən çəkilməsidir:

“ABŞ səfirliyini Qüdsə köçürmək niyyətində olduğunu bildirir və ya İsrailin paytaxtı olaraq Qüdsü tanıması ehtimalından bəhs edir. Hər iki halda, bu, açığı hüquqdankənar bir qərar olacaq. Bölgədəki mövcud problemlərin həllini daha çıxılmaz vəziyyətə salacaq. Ona görə də nə qədər gec deyil və nə qədər yol yaxındır Donald Tramp qərarına yenidən baxmalıdır. ABŞ prezidentinin bununla bağlı açıqlama verməməsi bölgənin gələcəyi, eləcə də dünyada barışın, sülühün bərqərar olması baxımından həyati əhəmiyətə malikdir”.

Qeyd edək ki, ötən gecə ABŞ Prezidenti Donald Tramp İsrail, İordaniya, Fələstin, Misir və Səudiyyə Ərəbistanı rəhbərliyi ilə müzakirə aparıb. O, Yaxın Şərq ölkələrinin liderlərinə deyib ki, dekabrın 6-da Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıya bilər.

Mövzu ilə əlaqədar oxuyun:

Tramp Yerusəlimi İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edəcək

S.Xankişiyeva

 

Paylaş:
685

Sizin üçün xəbərlər

Son xəbərlər

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47
Bütün xəbərlər