Ermənistan parlamenti müdafiə sahəsində 100 milyon dollarlıq sazişi təsdiqləyib | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan parlamenti müdafiə sahəsində 100 milyon dollarlıq sazişi təsdiqləyib

11:44 - 06 / 12 / 2017
Ermənistan parlamenti müdafiə sahəsində 100 milyon dollarlıq sazişi təsdiqləyib

Ermənistan parlamentinin bu gün keçirilən iclasında Rusiya ilə müdafiə sahəsində 100 milyon dollarlıq kredit müqaviləsi ratifikasiya edilib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, müqavilə çərçivəsində Ermənistana tamamilə yeni hərbi məhsullar tədarük ediləcək.

Dünən Ermənistanın müdafiə nazirinin birinci müavini Artak Zakaryan bildirib ki, saziş çərçivəsində üç razılaşma paraflanıb və onların ümumi dəyəri 100 milyon dollardan artıqdır.

P.Sultanova

Paylaş:
864

Son xəbərlər

Bütün xəbərlər