Baş nazirə qarşı sui-qəsd planı | 1news.az | Xəbərlər
Dünya

Baş nazirə qarşı sui-qəsd planı

12:10 - 06 / 12 / 2017
Baş nazirə qarşı sui-qəsd planı

Böyük Britaniyanın baş naziri Tereza Meyə qarşı hazırlanmış sui-qəsdin qarşısı alınıb.

1news.az bu barədə “Independent” nəşrinə istinadla xəbər verir.

Məlumata görə, ötən həftə gözaltına alınan və terrorda şübhəli bilinən iki nəfər baş nazirə sui-qəsd hazırlayırmış.

Onların Meyin iqamətgahının qapısını partladıb, daha sonra isə bıçaqlayaraq öldürmək planı olub.

Sui-qəsd planı Britaniya gizli xidməti MI5-in direktoru Andreu Parker tərəfindən açıqlanıb.

Saxlanılan şübhəlililər 20 yaşlı Zekeriya Rahman və 21 yaşlı Muhammed Akib İmrandır. Onların  bu gün isə məhkəmə qarşısına çaxarılacaqları gözlənilir.

P.Sultanova

Paylaş:
802

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər