Neft Fondu bu il dövlət büdcəsinə 4,8 milyard manat transfert edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neft Fondu bu il dövlət büdcəsinə 4,8 milyard manat transfert edib

14:44 - 09 / 12 / 2017
Neft Fondu bu il dövlət büdcəsinə 4,8 milyard manat transfert edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il dövlət büdcəsinə 4,8 milyard manat transfert edib.

1news.az-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən verilən xəbərə görə, cari ilin yanvar-oktyabr aylarında Dövlət Neft Fondu tərəfindən dövlət büdcəsinə transfert 4 milyard 801 milyon manat, Mərkəzi Banka isə 2 milyard 448,3 milyon manat məbləğində olub.

Xatırladaq ki, 2016-cı ildə dövlət büdcəsinin gəlirlərinin 7 milyard 615 milyon manatını (43,5 faiz) ARDNF-in transfertləri təşkil edib. 2003-2016-cı illərdə isə ARDNF tərəfindən dövlət büdcəsinə ümumilikdə 71,5 milyard manat vəsait transfert olunub.

S.Xankişiyeva

 

Paylaş:
612

Son xəbərlər

Bütün xəbərlər