Azərbaycandan Səudiyyə Ərəbistanına bal, süd, ət ixracı ilə bağlı danışıqlar aparılır - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycandan Səudiyyə Ərəbistanına bal, süd, ət ixracı ilə bağlı danışıqlar aparılır - FOTO

17:49 - 09 / 12 / 2017
Azərbaycandan Səudiyyə Ərəbistanına bal, süd, ət ixracı ilə bağlı danışıqlar aparılır - FOTO

Meyvə şirələri, quru meyvə, konservləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin təmsil olunduğu ixrac missiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfəri başa çatıb.

1news.az-a İqtisadiyyat Nazirliyindən verilən xəbərə görə,  ixrac missiyası çərçivəsində iş adamları bir sıra ikitərəfli görüşlərdə iştirak edib, yerli məhsullarımızın market və bazarlarda satışı imkanları və distributorluq məsələlərini müzakirə ediblər. Səfərin sonuncu günü Ciddə Ticarət və Sənaye Palatasında görüş keçirilib. Görüşdə AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev Azərbaycanın biznes mühiti, rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarımız, “Made in Azerbaijan” brendinin təşviqi tədbirləri, ixrac missiyamızda təmsil olunan şirkətlərin fəaliyyəti barədə məlumat verib. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət nümayəndəsi Elnur Əliyev isə Azərbaycan və Körfəz ölkələri arasına ticarət əlaqələri və əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışıb.

Səudiyyə Ərəbistanı şirkətləri ilə keçirilən görüşlərdə Azərbaycan məhsullarına, xüsusilə də bal, ət və süd məhsullarına böyük maraq göstərilib. Azərbaycanın “Kerkom” şirkəti balın, “Aqro-MTS” şirkəti isə ət məhsullarının Səudiyyə Ərəbistanına ixracı ilə bağlı bir neçə distributor şirkətləri ilə danışıqlara başlayıb. “Milk-Pro” şirkəti “Sunbulah Group” distributor şirkəti ilə süd məhsullarının, “SunFood” MMC “Al-Raya” marketlər şəbəkəsi və “Al neel” distributor şirkəti ilə konservləşdirilmiş məhsulların, “Səba” şirkəti isə “Sunbullah Group”, “Poultry service” və “Yamareh” şirkətləri ilə ət məhsullarının ixracına dair danışıqlara başlayıb.

Missiya zamanı Azərbaycan sahibkarları Səudiyyə Ərəbistanının iri market şəbəkələrində olub, məhsullarımızın bu ticarət şəbəkələri vasitəsilə satışının təşkili imkanlarını araşdırıblar.

S.Xankişiyeva

Paylaş:
743

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər