Astana aeroportunda 15-dən çox reys təxirə salınıb | 1news.az | Xəbərlər
Dünya

Astana aeroportunda 15-dən çox reys təxirə salınıb

13:01 - 10 / 12 / 2017
Astana aeroportunda 15-dən çox reys təxirə salınıb

Astanada güclü qar yağması ilə əlaqədar Nursultan Nazarbayev beynəlxalq aeroportunda 15-dən çox reys təxirə salınıb, dördü isə ləğv olunub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, ləngimələr Qazaxıstan aviaşirkətlərinin reyslərinə şamil edilib.

Qazaxıstan meteoroloji xidmətlər idarəsi - “Kazqidromet” dekabrın 10-11-də Astanada çovğun və yolların buz bağlamasının gözlənildiyini bildirmişdi.

Almatı şəhərində “Air Astana” aviaşirkətinə məxsus təyyarə uçuş-enmə zolağından kənara çıxıb. Almatı–Banqkok reysi üzrə hərəkət edən təyyarə də uçuş-enmə zolağından kənara çıxıb. Sərnişinlər başqa təyyarə ilə Banqkoka göndərilib.

S.Xankişiyeva

 

Paylaş:
832

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər