ABŞ-də tankerin çırpıldığı kruiz gəmisi aşıb: 32 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ-də tankerin çırpıldığı kruiz gəmisi aşıb: 32 nəfər xəsarət alıb

1news Redaksiyası10:44 - Bu gün
ABŞ-də tankerin çırpıldığı kruiz gəmisi aşıb: 32 nəfər xəsarət alıb

ABŞ-nin Luiziana ştatında Missisipi çayında tankerin çırpıldığı kruiz gəmisi yan üstə aşıb. Hadisə zamanı gəmidə ekipaj üzvləri də daxil olmaqla 129 nəfər olub.

1news.az xəbər verir ki, ABŞ mətbuatının məlumatına görə, “Atlantic Asphalt” adlı tanker günorta saatlarında sərnişinlərini düşürmək üçün Missisipi çayının sahilində dayanmış “American Cruise Lines” şirkətinə məxsus “American Heritage” kruiz gəmisinə çırpılıb.

Toqquşmadan sonra sərnişin gəmisi sürətlə su almağa başlayıb.

Hadisədən sonra gəmidə köməksiz vəziyyətdə qalan və çaya düşən şəxslərin xilas edilməsi üçün əməliyyata başlanılıb.

Yeni Orlean şəhərinin meri Helena Moreno qəza nəticəsində 32 nəfərin xəsarət aldığını və xəstəxanaya yerləşdirildiyini bildirib. Onun sözlərinə görə, itkin düşən yoxdur.

Sosial şəbəkələrdə yayılan görüntülərdə toqquşmadan sonra kruiz gəmisinin sürətlə yan üstə çevrildiyi, bəzi sərnişinlərin isə suyun üzərindəki ponton və digər üzən konstruksiyalardan yapışaraq xilas olmağa çalışdığı görünür.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər