Putin Suriyaya səfər edib | 1news.az | Xəbərlər
Dünya

Putin Suriyaya səfər edib

14:30 - 11 / 12 / 2017
Putin Suriyaya səfər edib

Rusiya prezidenti Vladimir Putin Suriyaya səfər edib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, V. Putini Hmeymim aviabazasında Suriya prezidenti Bəşər Əsəd, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Suriyadakı Rusiya hərbi qüvvələrinin komandanı Sergey Surovikin qarşılayıb.

Rusiya lideri Suriya prezidenti Bəşər Əsədlə görüşəcək.

Putin bu gün Türkiyəyə də səfər edəcək.

Qeyd edək ki, Hmeymim aviabazasında Rusiya aviasiyası və hərbçiləri yerləşir. Artıq Putin Rusiya hərbi qüvvələrinin Suriyadan çıxarılmasına başlanması barədə əmr verib.

S.Xankişiyeva

 

Paylaş:
727

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər