Azərbaycan neftinin qiyməti 67 dollara çatır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 67 dollara çatır

10:39 - 12 / 12 / 2017
Azərbaycan neftinin qiyməti 67 dollara çatır

Dünya bazarlarında neftin qiyməti yenidən artmağa başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,98 dollar bahalaşaraq 65,67 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,45 dollar artaraq 58,44 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti isə 1 dollar/barreldən çox bahalaşıb. Belə ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 1,14 dollar bahalaşaraq 66,93 dollar olub.

1news.az

Paylaş:
280

Son xəbərlər

Bütün xəbərlər