Ən yaxşı kameraya malik smartfonlar - SİYAHI | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ən yaxşı kameraya malik smartfonlar - SİYAHI

23:36 - 12 / 12 / 2017
Ən yaxşı kameraya malik smartfonlar - SİYAHI

“DxOMark” şirkətinin ekspertləri smartfon kameralarının sınaqları üzrə yekunları dərc ediblər.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, siyahıda birinci yeri “Google Pixel 2” smartfonu tutub.

Mütəxəssislərin fikrincə, “Google Pixel 2” onların sınaqdan keçirdikləri mobil qurğular arasında ən mükəmməl kamera ilə təchiz edilib. Smartfon rekord 98 bal toplamağa nail olub.

Məlumata görə, smartfon kameralarının analizi üçün “DxOMark” mühəndisləri tərəfindən 1500-dən çox test təsviri və 2 saatdan çox videoyazılar qiymətləndirilib. Tədqiqat laboratoriya şəraitində aparılıb.

Ekspertlər qeyd edib ki, “Google Pixel 2” tək əsas kameraya malik olmasına baxmayaraq məşhur liderləri geridə qoyub. Kamera 12 meqapikselli təsvir ölçüsünə və “f/1.8” işıq qüvvəsinə malikdir. Toplanmış balların ümumi sayına görə, “Google Pixel 2” smartfonu “Apple” və “Samsung” şirkətlərinin qabaqcıl modellərini üstələsə də, bəzi parametrlərə (məsələn, Zoom və yan tərəf keyfiyyəti) görə geridə qalıb.

Reytinqdə ikinci yerdə 97 bal toplayan “iPhone X” və “Huawei Mate 10 Pro” smartfonları qərarlaşıb. Üçüncü pillədə hərəyə 94 bal toplayan “Apple iPhone 8 Plus” və “Samsung Galaxy Note 8” yer alıb.

Həmçinin liderlər onluğuna “iPhone 8” (92 bal), “Google Pixel”, “HTC U11” və “Xiaomi Mi Note 3” (hərəyə 90 bal), “iPhone 7 Plus” (88 bal), “iPhone 7” (85 bal), “Sony Xperia XZ Premium” (83 bal), “Samsung Galaxy S6 Edge” (82 bal) və “iPhone 6” (73 bal) smartfon modelləri daxildir.

1news.az

Paylaş:
1182

Son xəbərlər

“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25
Bütün xəbərlər