Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib

18:31 - 13 / 12 / 2017
Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Keniya Respublikasının prezidenti Uhuru Kenyattaya təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Keniya xalqına sülh və tərəqqi arzulayıram”.

1news.az

Paylaş:
678

Son xəbərlər

Bütün xəbərlər