FED uçot dərəcəsini artırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

FED uçot dərəcəsini artırıb

23:34 - 13 / 12 / 2017
FED uçot dərəcəsini artırıb

Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,25%  - 1,25% səviyyəsindən 1,50%-dək artırıb.

Qeyd edək ki, bundan əvvəl FED martın 15-i və iyunun 14-də uçot dərəcəsini artırıb. Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.

1news.az

Paylaş:
391

Son xəbərlər

Bütün xəbərlər