Dövlət büdcəsi 714 mln. manatlıq kəsirlə icra olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət büdcəsi 714 mln. manatlıq kəsirlə icra olunub

20:36 - 14 / 12 / 2017
Dövlət büdcəsi 714 mln. manatlıq kəsirlə icra olunub

2017-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri 14 mlrd. 749,3 mln. manat, xərcləri 15 mlrd. 463,1 mln. manat təşkil edib.

1news.az-ın Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, büdcənin icrasında 713,8 mln. manatlıq kəsir yaranıb. Büdcə kəsiri ümumi daxili məhsulun 1,1%-nə bərabərdir.

1news.az

Paylaş:
681

Son xəbərlər

Bütün xəbərlər